"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Emin Eyvazov: “Bələdiyyə sədrləri daha məsuliyyətli olmalı, işlərində dönüş yaratmalı və fəaliyyətlərini təbliğ etməlidirlər”

--2019-05-01 / 04:33

“Bələdiyyələrin büdcə gəlirlərində qismən azalma müşahidə edilir. Yerli büdcənin azalmasına müxtəlif səbəblər göstərilsə də, bu problem əsasən obyektlərin uçot işinin düzgün aparılmamasından qaynaqlanır. Tədiyyəçilərin uçot işi düzgün aparılmır. Buna görə də, yerli büdcə gəlirləri azalır”.bu fikirləri Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağındakı çıxışında bildirib:

E.Eyvazov deyib ki, şəhər bələdiyyələrinin büdcə gəlirləri 18 faiz çoxalıb. Lakin, bunlarla kifayətlənmək olmaz. Təhlillər göstərir ki, yerli büdcədə 0,3 faiz əmlak, 4,8 dəfə mənfəət və 18,3 faiz mədən vergiləri artıb. əminəm ki, bu rəqəm də ilbəil artacaq.

Sektor müdiri qeyd edib ki, bələdiyyələrin problemlərinin aradan qaldırılması aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Dövlətimiz bələdiyyələri diqqətdə saxlayır. Bələdiyyə sədrləri daha məsuliyyətli olmalı, işlərində dönüş yaratmalı və fəaliyyətlərini təbliğ etməlidirlər. Görülən iş təbliğ olunmalıdır ki, digərlərinin də fəaliyyətiniz haqqında bilgisi olsun. Qarşılaşdığınız hər bir problem barədə müvafiq orqanlara məlumat verin ki, həll sürətlənsin.

Belediyye.info

ŞƏRHLƏR